Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA Prezidentin fərmanını niyə icra etmir? 

"Hazırda Bakı şəhərindəki bütün “parkovka” yerləri pulsuzdur"...

“İTV-nin “Sabahın xeyir” proqramında çıxış edən BNA sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki, hazırda Bakı şəhərindəki bütün “parkovka” yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa, bu, qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur. Ona görə pulsuzdur ki , bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib. Real vəziyyət isə elədir ki , bütün pakovkalarda pul yığılır”.

PİA.az xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, parklanma yerlərində avtomobil sahiblərindən qanunsuz olaraq pul yığılmasını belə şərh edib:

“Bir neçə gün öncə də mən “parkovka”ların, ümumiyyətlə yol hərəkətinin tənzimlənməsi ilə bağlı ötən il imzalanan Prezident fərmanının müvafiq bəndlərinin indiyədək də icra olunmadığını yazmışdım.

Maraqlıdır, dövlət nümayəndəsi açıq-aşkar bildirir ki, Prezidentin fərmanını icra edə bilmirik. BNA rəsmisi bildirir ki, Prezident fərmanının icrası ilə bağlı, “parkovka” yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə (NK) müraciət edilib. Lakin NK hələlik bununla bağlı hər hansı addım atmayıb.

O da maraqlıdır ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar. Yəni, Prezidnet fərmanının bu hissəsi dərhal icra edilib. Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir, normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər.

Əslində isə bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.

Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın, görünür ki, onların NK-ya təsir imkanları da yetərincədir və hər gün toplanan qanunsuz vəsaitlər də bu maraqlı şirkətlərin cibinə gedir.

Dövlətin qanuni strukturu qalıb kənarda, amma Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı olduğu bildirilən hansısa bir şirkət uzun müddətdir ki, qanunsuz olaraq fəaliyyətini davam etdirir.

Ümid edirəm Prezident Administrasiyasının Dövlət Nəzarəti strukturu baş verənlərin fərqindədir”. (Yeni Sabah)

pia.az


Etiket: BNA Mais Ağayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar